İngiltərənin “Daily Mail” qəzeti ölkədə ən çox baxılan tanışlıq yarışması olan “Eşq Adası”nın proqramına türk aktrisanın daxil edildiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qəzet “Turkish Lokum” başlıqlı xəbərində London-İstanbul arasında servis edən türk aktrisa Ekin Su Cülcüloğlunun iyunun 6-da villaya ayaq basacağını yazıb.
Ötən mövsüm "Kuzey Ulduzu İlk Aşk" serialında rol alan Ekin Su "Bu yay villada hamı onun arxasınca qaçacaq" şərhini yazıb.
Ayşən Vəli