Türkiyədə yeni növ koronavirusdan (Covid-19) aprelin 28-də 15 nəfər dünyasını dəyişib.
Bir gündə 135 min 253 test edilib. Gündəlik yoluxma sayı 2.256-dır.
SİA Türkiyə mediasına istinadən xəbər verir ki, son 24 saatda sağalanların sayı 11.193-dür.
Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 147 milyon 482 min 673-ə yüksəlib.