“Çelsi” Mançesterdə qələbəni əldən verdi

29 Aprel 2022 01:14 (UTC+04:00)

Futbol üzrə İngiltərə Premyer Liqasında 37-ci turun öncəki tarixə çəkilmiş bir oyunu keçirilib.

SİA Matc.az-a istinadən xəbər verir ki, günün yeganə matçında “Mançester Yunayted” doğma meydanda “Çelsi”ylə qarşılaşıb.

Oyunun ilk hissəsində qapılara qol vurulmayıb. Hesabı saatın tamamında Marko Alonso açıb. Amma meydan sahibləri cəmi 2 dəqiqə sonra Kristiano Ronaldonun qolu ilə hesabı bərabərləşdirə biliblər. Yekunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Bu heç-heçədən sonra “Çelsi” 66 xalla 3-cü, “Mançester Yunayted” isə 55 xalla 6-cı pillədə qalıb.

İngiltərə Premyer Liqası

37-ci turun oyunu

28 aprel

Mançester Yunayted – Çelsi 1:1

Qol: K.Ronaldo, 62 – M.Alonso, 60.