Milli helikopter 2023-cü ildə pilotlu uçuş sınaqlarına başlayacaq

29 Aprel 2022 00:11 (UTC+04:00)

Türk Aerokosmik Sənayesi İdarə Heyətinin sədri və baş direktoru Professor Doktor Mahmut Faruk Akşit, Eskişehirdə ilk yerli kommunal vertolyot olan Gökbey ilə bağlı mətbuata açıqlama verib.

SİA-nın məlumatına görə, Faruk Akşit bildirib ki, yerli kommunal vertolyot Gökbey-in gücünü artıracaq TEI-TS1400 mühərrik, Türk Aerokosmik Sənayesi yanında motor sənayesi şirkətindəki (TEI) türk mühəndis və texniki işçilərin məhsuludur. TEI-TS1400-ün müxtəlif sınaqlardan keçdiyini ifadə edən Akşit: “Önümüzdəki günlərdə daha yüksək və daha tələbkar güc dəyərlərində sınaqlar həyata keçirəcəyik.

Sınaqlardan sonra Mülki Aviasiya Baş İdarəsinin pilotlu uçuşlar üçün icazəsini gözləyəcəyik. Həmin mərhələyə çatdıqda isə pilotlu sınaq uçuşu baş tutacaq”. Akşit 2023-cü ilin sonuna qədər milli helikopter ilə pilotlu uçuşa nail olmağı hədəflədiklərini sözlərinə əlavə edib.