“Üç Səmavi Dindən Musiqi” konsert verildi

28 Aprel 2022 23:07 (UTC+04:00)

Konsert Türkiyənin Madriddəki səfirliyinin təşkilatçılığı və Madrid Yunus Əmrə İnstitutu, Madrid Baş Yeparxiyası, İsrail-Sefarad Mərkəzi, Getafe Bələdiyyəsi və Getafe-UNESCO (Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı) Mərkəzinin dəstəyi ilə keçirilib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Konsertdə İslam, Yəhudilik və Xristianlıq dinlərinə məxsus musiqilər, Turizm və Mədəniyyət Nazirliyinin İncə Sənətlər Baş İdarəsi yanında “Marifet Musiqi Qrupu”, İspaniyada soprano Merche Benzaquen və Getafe Piarists Kolleci yanında polifonik xor tərəfindən ifa edilib.

Türkiyənin Madriddəki səfiri Burak Akçapar konsertdən əvvəl verdiyi açıqlamada Üç tövhid dininin musiqisinin səsləndirildiyi konsertin dini və mədəni fərqliliklərin bəşəriyyət üçün zənginlik olduğunu bir daha göstərdiyinə diqqət çəkib.