"Azərsun Sənaye Parkı”ndakı yanğının şiddəti getdikcə daha da artır - YENİLƏNİR - FOTOLAR - VİDEO

28 Aprel 2022 22:05 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyi tərəfindən Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. SİA-nın əldə etdiyi məlumata görə, artıq 5 saatdan çoxdur ki, davam edən yanğının şiddəti getdikcə daha da artır. Hadisə yerinə 3 ədəd yanğınsöndürən və Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.

Qeyd edək ki, yanğının baş vermə səbəbi hələ də məlum deyil.