"Azərsun Sənaye Parkı”nın ərazisində baş verən yanğın hələ də söndürülməyib - MƏLUMAT YENİLƏNİR

28 Aprel 2022 19:58 (UTC+04:00)

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın hələ də davam edir. SİA-nın əldə etdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri, eləcə də yanğın qatarı hadisə yerinə cəlb edilsə də lakin yanğın hələ də söndürülə bilməyib.