Oğuz rayonunda Ümummilli Lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş şahmat üzrə məktəblilər arasında Respublika festivalının rayon turniri keçirilib. UGİŞM-in təşkilatçılığı, YAP Oğuz rayon təşkilatının dəstəyi ilə həyata keçirilən yarışın açılış mərasimində YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Rayon İdman və Gənclər idarəsinin rəisi Ramiz Mahmudov, UGİŞM-in direktoru Nizami Hüseyni və digər qonaqlar, həmçinin şahmat yarışının iştirakçıları birgə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini və Oğuz rayon Şəhidlər xiyabanında şəhidlərimizin məzarını ziyarət ediblər. 8 komandada 48 şahmatçının yarışdığı turnirdə Vətən müharibəsi qəhrəmanı Nail İbrahimli adına şəhər 3 saylı məktəbin komandası ümumi hesabda qalib gələrək, Bakıda keçiriləcək Respublika turnirinin finalına vəsiqə qazanıb.
Yarışın sonunda bütün iştirakçılara diplomlar, həmçinin qaliblərə qiymətli hədiyyələr təqdim olunub.
Zümrüd BAYRAMOVA