Rəqəmsallaşmanın fənlərə təsir etməsi olduqca vacibdir - NAZİR DANIŞDI

28 Aprel 2022 16:46 (UTC+04:00)

“Təhsil Nazirliyinin qarşısına qoyduğu məqsədlərdən biri rəqəmsal bacarıqların inkişafı və yaxu da rəqəmsal savadlılığın təmin edilməsidir”. SİA xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev "Rəqəmsal iqtidadiyyat: Müasir çağırışlar və real imkanlar" mövzusunda II Beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, məktəblərdə tədris olunan məsələlər təxminən 15-20 il sonra cəmiyyətimizdə, iqtisadiyyatımızda baş verəcək məsələlərdir: “Təhsil sistemi olaraq rəqəmsallaşma baxımından əsaslı çağırışlarla üz-üzəyik. Azərbaycan məktəblərində 17 fənn tədris olunur. Qəbul etməliyik ki, müasir təhsil sistemində doğmalaşmış fənlərin mahiyyəti çoxdan öz mənasını itirib. Bu mənada rəqəmsallaşmanın fənlərə təsir etməsi bu gün olduqca vacibdir”.