MEDİA və İqtisadiyyat Nazirliyi birgə təlim təşkil edib - YENİLƏNİR - FOTO

28 Aprel 2022 16:24 (UTC+04:00)

Bu gün İqtisadiyyat Nazirliyi və Medianın İnkişafı Agentliyi media nümayəndələri üçün “Bazar iqtisadiyyatı və rəqabət mühiti. İstehlakçının hüquq və vəzifələri” mövzusunda birgə təlim təşkil edib. SİA-nın verdiyi məlumata görə, təlimdə Medianın İnkişafı Agentliyini şöbə müdiri Natiq Məmmədli, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Cəfər Babayev, təlimçilər və media nümayəndələri iştirak ediblər.