Nə tez “vicdana” gəldin, Arif Hacılı, bəs Əli Kərimli hanı? -TƏRS BAXIŞ+ÖZƏL

28 Aprel 2022 15:02 (UTC+04:00)

Sosial şəbəkədə Şuşadan boy-boy fotolar paylaşan, guya Şuşa səfərindən “vəcdə” gəldiyini süni təbəssümü ilə zorla ictimai rəyə sırıyan müsavatçı başqan, əslində, özünüifşa vasitəsini işə salıb - AXCP sədri isə görünür, hələ də düşünür...

Məlum olub ki, Müsavat partiyasının başqanı Arif Hacılı və müavinləri Şuşaya səfər ediblər. Əslində, bu, onların Azərbaycan vətəndaşları olaraq haqlarıdır, amma..!

Amma bu haqqından zamanında istifadə edə bilməyən Arif Hacılının bundan əvvəl məhz Prezident Administrasiyasının işğaldan azad edilmiş ərazilərimizə dəfələrlə (!) siyasi partiyalar üçün təşkil etdikləri səfərlərinə qatılmaması suallar doğurur və bənzər suallar kifayət qədərdir. Elə müsavatçıların gözünə axecepeçiləri də qatmaq pis olmazdı məncə...

Nəhayət ki, sosial şəbəkədə Şuşadan boy-boy fotolar paylaşan, guya Şuşa səfərindən “vəcdə” gəldiyini süni təbəssümü ilə zorla ictimai rəyə sırıyan müsavatçı başqan, əslində, özünüifşa vasitəsini işə salıb. Bəs nədir həmin özünüifşa məsələləri?

Erməni KİV-ləri və sosial şəbəkələri Azərbaycan siyasi partiyalarının rəhbərlərinin imza atdıqları dəstək müraciətində Müsavat başqanı Arif Hacılının və AXCP sədri Əli Kərimlinin adlarının olmadığını xüsusi olaraq, təmtəraqla yazmışdılar, bundan artıq düşmənçilik mövqeyi ola bilərdimi?

Prezident Administrasiyasının siyasi partiyalar üçün təşkil etdiyi özəl səfərlərdən imtina edən həmin Arif o Arifdir ki, 44 günlük müharibədə ölkədə fəaliyyət göstərən müxalifət partiyaları daxil – bütün siyasi təşkilatların Ali Baş Komandana dəstək müraciətlərinə imza atmamışdı. O, bununla müharibə dövründə informasiya müharibəsi aparan düşmən cəbhəsinə - məhz Azərbaycan ordusuna, əsgərinə, zabitinə, nəhayət, dövlətinə və xalqına XƏYANƏT etməklə işləmişdi. Necə? Onu da deyim! Erməni KİV-ləri və sosial şəbəkələri Azərbaycan siyasi partiyalarının rəhbərlərinin imza atdıqları müraciətdə Müsavat başqanı Arif Hacılının və AXCP sədri Əli Kərimlinin adlarının olmadığını xüsusi olaraq, təmtəraqla yazmışdılar, məgər bundan artıq düşmənçilik mövqeyi ola bilərdimi? Beləliklə, onlar həmin məsələni öz şəxsi mnfəətlərinə, uğursuz siyasi maraqlarına, səmərələrinə və Azərbaycanın apardığı haqq mübarizəsinə qarşı istifadə etmişdilər. Bundan böyük xəyanət ola bilərdimi?!

Düşmənimin dostu mənim düşmənimdir!

Əslində, belə bir xəyanətin daha biri də yaşanmışdı! Vətən müharibəsindən sonra Azərbaycanla Türkiyə arasında yüksək səviyyədə və dünyaya səs salan Müttəfiqlik Bəyannaməsi imzalandı və iki qardaş ölkənin bir-birinə əbədi bağlılıqları rəsmiləşdi. Həmin ərəfədə də eynilə Azərbaycanda mövcud olan bütün siyasi partiyalar – istər iqtidaryönlü, istərsə də müxalifətyönlü siyasi təşkilatlar dəstək bəyanatını imzaladılar. Və yenə də həmin bəyanatda nə Müsavat partiyasının, nə "Milli" (əslində zilli - R.R.) Şura"nın, nə də AXCP-nin adına rast gəlinmədi, etiraz etdilər, hətta belə desək, iki qardaş ölkənin bir araya gəlməsini istəməyən xarici qüvvələrin maraqlarından çıxış etdilər. Misal üçün, ilk olaraq Ermənistanın, ardınca isə bu ölkəyə 44 günlük müharibə zamanı dəstək göstərən Yunanıstanın, Fransanın maraqları həmin faktorla paralellik təşkil etdi. İndi bundan sonra yüz dəfə iddia etsinlər ki, xeyr, belə deyil, mümkün deyil və s. Amma fakt elə fakt olaraq qalır, düşmənimin dostu mənim düşmənimdir – müsavatçılar axecepeçilərlə birlikdə Bakı-Ankara müttəfiqliyinə qarşı çıxdılar, belə olmasa idi imzaları həmin sənəddə yer alardı. amma yoxdur!

Sizin Şuşada nə azarınız var???!!!

Bütün bunlardan sonra ölkə müxalifətinin baş klounlarından biri qismində çıxış edən Arif Hacılının və ətrafındakı polyaçi truppasının Şuşaya hansı üzlə gedib və hansı sifətlə fotolar paylaşmaları həm gülünc, həm də anlamsız təsir bağışlayır. Yəni siz həm müharibə dövründə, həm də müharibədən sonra ümummilli, ümumdövlətçilik maraqlarını əks etdirən çox mühüm sənədlərdən yaxanızı kənara çəkən xainlərsiniz və bu gün Şuşada nə azarınız var???!!! Heyf ki, Şuşa torpağı dil açıb-danşa bilmir, yoxsa özü qovardı sizi oralardan!

Şuşada igid balalarımızın qanları axarkən sizlər o qanları heçə sayaraq dövlətin maraqlarına qarşı çıxış etdiniz, Şuşa qalasına Azərbaycanın müqəddəs üçrəngli bayrağı sancılarkən siz o bayrağın dalğalanmasına qısqanclıqla baxdınız, çünki içinizdəki o dəhşətli, murdar xəbislik və idbar hissləriniz sizin əsl vətəndaş, əsl vətənpərvər olmaq şanslarınızı sıfıra endirib. Ona görə də təlxəkcəsinə fotolar paylaşaraq “Biz Şuşadayıq” statusları yazmağınız sizi sıfır həddindən o tərəfə qaldırmır, əksinə alçaldır. Alçaqlıq, xainlik, xislət, vicdansızlıq və qərəz isə necə deyərlər, düppədüz, özü də “bezrazmer” boyunuza ölçülüb. Hə, o bayrağı da tutanda ən azından içiniz sızlasın, əgər bir qram da olsa vətənpərvərlik hissiniz qalıbsa, amma qalıbmı...??? Hm! Hələ bir Şuşaya gedənlərə baxın daa..!

Rövşən RƏSULOV

P.S. Maraqlıdır, Arif Hacılı, bəs Əli Kərimli haradadır, nəsə axecepeçilər və zilli şuraçılar - Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu və sairləri görünmürlər yan-yörələrdə?