İqtisadiyyat fakültəsində oxuyub müğənni oldum - MÜĞƏNNİ DANIŞDI

28 Aprel 2022 14:33 (UTC+04:00)

Türkiyənin “Haber Global” kanalına müsahibə verən müğənni Nigar Camal “Atam uzun illər “Azərişıq”da çalışıb. Orada Elektrik stansiyasının rəhbəri idi. Anam həm musiqi müəllimi, həm də psixoloq idi. Sakit uşaq olmamışam. Anam çox istəyirdi ki, musiqiçi olum. Piano ilə məşğul idim, amma idmana daha meyilli idim. Hüquqşünaslığı, iqtisadiyyat fakultəsində oxudum, sonra da müğənni oldum” deyib. SİA xəbər verir ki, sənətçi 2011-ci ildə həyatı dəyişdiyini bildirib.

N. Camal, “Avroviziyadan sonra çox şey dəyişdi. O zaman 31 yaşındaydım, amma uşaq kimiydim. Mənim üçün hər şey yeni idi, çünki müğənni deyildim. Həyatım öz axarıyla dəyişdi. Çətin zamanlar da oldu, ancaq indi hər şey istədiyim kimidir” şəkildə açıqlama verib.