Azərbaycanda dərmanların qiymətinə dəyişiklik ediləcək

28 Aprel 2022 13:53 (UTC+04:00)

“Nazirlər Kabinetinin nəzdində dərmanlarla bağlı xüsusi Komissiya yaradılıb. Komissiyanın işi yekunlaşmaq üzrədir”.

SİA-ya xəbərinə görə, bunu səhiyyə naziri Teymur Musayev informasiya agentliklərinə açıqlamasında deyib.

Nazir bildirib ki, həmin sahənin Azərbaycanda sürətli inkişafı üçün müəyyən addımlar atılacaq:

“Dərman vasitələrinin keyfiyyətinə, idxalına nəzarət və qiymət tənzimlənməsinı dair müəyyən dəyişiklikər olacaq".