Silahlı qarşıdurmada 20 nəfər həyatını itirib

28 Aprel 2022 14:18 (UTC+04:00)

24 aprel bazar günündən etibarən Haitinin paytaxtı Port-o-Prinsin 4 bölgəsində qruplar arasında qarşıdurmalar başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, toqquşmalar zamanı ən azı 12 evin yandırıldığı, minlərlə insanın evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilib. Qrupların törətdiyi zorakılıqlar zamanı aralarında uşaqların da olduğu azı 20 nəfər həyatını itirib, 24 nəfər isə yaralanıb.

Ölənlər arasında 6-sı uşaq olmaqla 8 nəfərlik ailənin də olduğu vurğulanıb. Qarşıdakı günlərdə qarşıdurmanın daha da böyüməsi ehtimalı var ki, bu da daha çox can itkisinə və yeni köçlərə səbəb ola bilər.

Minlərlə uşaqlı ailə zorakılıq səbəbilə meriyanın qarşısında təhlükəsizlik nümayişi keçirərkən 4 rayonda məktəblər və iş yerləri bağlanıb. Rəsmilər qarşıdurmalara görə Haitinin şimal bölgəsinə gedən əsas yolların bağlana biləcəyi barədə xəbərdarlıq edib.