Yaraşıqlı və intellektual kişi yoxdur

28 Aprel 2022 13:49 (UTC+04:00)

Məşhur türk aktrisa Merve Boluğur yay mövsümünü erkən açıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, ötən gün yaxın dostları ilə Çeşməyə gedib.

Aktrisa sosial şəbəkədə paylaşdığı şəklin altına "Axtardığım sənsən" yazıb. Bir izləyicisi, “Mən səni başa düşürəm. Bu ölkədə yaraşıqlı və intellektual kişi yoxdur. Ona görə də biz təkik” deyib. Merve, isə "Matt Bomerlər haradadır" deyə cavab verib.

Qeyd edək ki, Mett Bomer amerikalı aktyordur.

Ayşən Vəli