Ölkəmizdə narahatlığa səbəb yoxdur - Teymur Musayev

28 Aprel 2022 13:10 (UTC+04:00)

“Uşaqlar arasında yayılan mənşəyi məlum olmayan hepatit virusunun yayılması ilə bağlı hər hansı bir narahatlıq yoxdur”. SİA-nın verdiyi məlumata görə, bu sözləri jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

Onun sözlərinə görə, bununla bağlı ölkəmizdə narahatlığa da səbəb yoxdur: “Düzdür, 12 ölkədə həmin virus uşaqlar arasında yayılıb. Say o qədər də yüksək deyil. Mənşəyi də tam bəlli deyil. Bu günə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı qeydə alınmayıb”.