Zəfər Qurultayı şanlı zəfərimizin daha bir nümunəsidir ŞƏRH

28 Aprel 2022 12:47 (UTC+04:00)

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında Ulu Öndərin dediyi tarixi sözlərin gerçəyə çevrildiyini nümayiş etdirdi. Dünya Azərbaycanlılarının ilk qurultayı məhz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmişdir. Həmin qurultayda etdiyi tarixi çıxışında Ulu Öndər Qarabağ problemi ilə bağlı öz fikirlərini də bildirib və deyib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba yurduna qayıdacağını söyləmişdir.

Tarixi Zəfərdən sonra ilk dəfə azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Zəfər Qurultayının keçirilməsi çox qürurvericidir. Bundan sonra Azərbaycan xalqının müzəffər xalq kimi, dövlətimizin isə qalib dövlət kimi yaşamağa haqqı var. Qarabağ münaqişəsinin həll edilməsini özünün başlıca vəzifəsi hesab edən Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sürətlə aparıldı və Azərbaycan müasir orduya malik oldu. Gənc nəsil vətənpərvərlik, düşmənə nifrət, Vətənə sədaqət ruhunda tərbiyə olundu, həyatın bütün sahələrində köklü islahatlar aparıldı. Vətənpərvər gənclərimiz döyüş meydanında mənfur düşmənə sinə gərərək onları tarixi torpaqlarımızdan qovdu və Zəfərimizi təmin etdi

Dünya Azərbaycanlılarının V "Zəfər" Qurultayının Azərbaycanın mədəniyyət paytaxtı qədim Azərbaycan torpağı məhz Şuşa şəhərində möhtəşəm tədbirə ev sahibliyi edərək 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı ilə keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, dünya azərbaycanlılarının fəaliyyət dövründə yeni mərhələnin başlanğıcı kimi tarixdə yadda qalacaqdır. Qurultayın keçirilməsi üçün məhz Şuşanın seçilməsi bu şəhərin 50 milyonluq Azərbaycan xalqı üçün mənəvi dəyərinin nə qədər yüksək olduğunu göstərərək diasporun yeni tarixi mərhələdə fəaliyyət istiqamətlərini məhz bu şəhərdə müəyyənləşdirməsi xüsusi məna kəsb etmişdi.

Dövlətimizin başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir, hər zaman ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında birləşməsinə böyük töhfələr verir.

Azərbaycan xalqı öz ali rəhbərinə inanır, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətə alternativ görmür. Məğrur xalqımız həyata keçirilən, səmərəli, məqsədyönlü daxili və xarici siyasət kursunun uğurlu nəticələrini yüksək dəyərləndirir. Xalqın öz Liderinə inamı və Xalq-İqtidar birliyi isə Azərbaycanı yüksəlişə, yeni qələbələrə və parlaq gələcəyə aparır.

Hafiz Ələkbərov

YAP Tərtər rayon təşkilatı Mənzil İstismar İdarəsi ərazi partiya təşkilatının sədri