Çexiyalı alim və tələbələr Ağdamda olublar

28 Aprel 2022 02:22 (UTC+04:00)

Çexiya Təbiət Elmləri Universitetinin dosenti Petr Kokaisl, həmin universitet ilə Karlov Universitetinin bir qrup tələbəsi Ağdama səfər edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov özünün tviter hesabında yazıb.

Qonaqlar İmarət, Şahbulaq qalası, Cümə məscidi və digər dağıdılmış abidələrlə tanış olublar.