Dünyaya mənşəyi məlum olmayan yeni virus yayılır

27 Aprel 2022 23:43 (UTC+04:00)

SİA Türkiyənin TRT telekanalına istinadən xəbər verir ki, virus indi də Kanadada aşkarlanıb.

Kanada Səhiyyə Agentliyi bununla bağlı bəyanat verib: “Kanada Səhiyyə Agentliyi ölkə gənclər və uşaqlar arasında yayılan, mənşəyi bilinməyən ağır kəskin hepatit virusunun ortaya çıxması hallarından xəbərdardır”.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ABŞ, İngiltərə, İspaniya, İsrail, Danimarka, İrlandiya, İtaliya, Norveç, Fransa, Rumıniya, Belçika və Hollandiyada da mənşəyi bilinməyən hepatit aşkarlanıb.