Xəzər rayonunda iftar süfrəsi təşkil olunub - FOTOLAR

27 Aprel 2022 18:38 (UTC+04:00)

İslam dünyasının ən müqəddəs ayı olan Ramazan ayı münasibətilə Xəzər rayonunda iftar süfrəsi təşkil olunub. SİA xəbər verir ki, 26 aprel 2022-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkilləri Rauf Əliyev və Soltan Məmmədov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov, şəhid ailələri, qazilər, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri və aztəminatlı ailələr iştirak ediblər.

İftar süfrəsində din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələr oxunulub, Ramazan ayının fəzilətlərindən bəhs olunub və şəhidlərimizin əziz xatirələri böyük ehtiramla yad edilib.