UNEC SABAH-ın möhtəşəm VII Vyana balı keçirilib

27 Aprel 2022 17:13 (UTC+04:00)

Tələbələrin müasir mədəni dünyagörüşünün artırılması, onların musiqi və rəqs zövqünün inkişaf etdirilməsi və multikultural dəyərlərin təşviqi məqsədilə keçirilən Vyana balında Təhsil Nazirliyinin SABAH İcra Komitəsinin üzvləri və UNEC-in struktur rəhbərləri, UNEC SABAH-ın müəllim və tələbələri iştirak edib. UNEC-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, “Marriott Boulvard” Hotel-də təşkil olunan möhtəşəm Vyana balında SABAH məzunları və tələbələri bal rəqsləri, eləcə də klassik, milli, müasir rəqslərin peşəkar səviyyədə ifası ilə yanaşı, bir-birindən gözəl, fərqli çıxışlar ediblər. Vyana balında bəstəkar Tofiq Quliyevin “Dostum” musiqisinin sədaları altında tələbələrin müəllimləri rəqsə dəvət etmələri iştirakçıların xüsusi marağına səbəb olub.