Musiqi tərzini tənqid edə bilərsiniz, amma geyimini yox

27 Aprel 2022 10:47 (UTC+04:00)

Məşhur türk sima Berkay ötən gün Türkiyənin Arnavutköy adlanan ərazisində görüntülənib. SİA xarici mətbuata istinadən xəbər verir ki, son zamanlar çox tənqid olunan Aleyna Tilkiyə dəstək verən müğənni “Mən onu çox uğurlu görürəm. O xoşbəxtdirsə, heç kimin qarışmağa haqqı yoxdur. Musiqi tərzini tənqid edə bilərsiniz, amma geyimini yox” deyib.

İşin Karacanın “Uşağıma təsir edir” tənqidinə cavab olaraq “Uşağınıza baxmağa icazə verməyə bilərsiniz. Başqasının azadlığını əlindən alacaq bir şey etmədikcə problem yoxdur” deyə cavab verib.

Saç əkdirən Berkay yeni imici ilə diqqət çəkib. Berkay “Saç və saqqalımı kəsdirdim. Mən belə özümü tanımadım” dedi.

Ayşən Vəli