Antaliyada "Nemo Primero" mülki turistik sualtı qayığı 2022-ci il dalışlarına başladı. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Kaleiçi yaxta limanından səfərlərinə başlayan, uzunluğu 20, eni 4, hündürlüyü 6,5 metr və çəkisi 106 ton olan 44 nəfərlik "Nemo Primero" sualtı qayığı qış ayları bitincə yenidən turistlərə xidmətə keçdi.
Noyabrın 1-dək çalışacaq turist sualtı qayığı hər gün müəyyən edilən marşrutlar üzrə gündə 4 dəfə suya dalacaq.