Mayın 1-dən ibtidai siniflərdə tətil başlayır

26 Aprel 2022 11:46 (UTC+04:00)

1-5 may tarixləri ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üçün əlavə tətil günləridir.

SİA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, tətildən sonrakı ilk dərs günü 6 may 2022-ci ildir.

1-5 may tətili ümumi təhsilin ümumi orta və tam orta təhsil səviyyələrinə şamil edilmir.