Sosial şəbəkələrdə "cover" ifaları ilə məşhurlaşan müğənni Nahidə Babaşlının iti qəzada ölüb. SİA xəbər verir ki, o bu barədə "İnstaqram" hesabından məlumat verib.
Müğənni itinin şəklini paylaşaraq postun altına “Canımdan çox sevdiyim Köpüyümü avtomobil qəzasında itirdim. Ömrü boyu sevgini daşıyacağam. Nə yazsam, nə desəm, kədərim azalmır. İlk dəfə gəzdirməsi üçün birinə verdim, onda da qucağımda can verdi. Köpük mənim hər şeyim idi” sözlərini yazıb.
Hadisə Bakıda baş verdiyi üçün ölkədən getdiyini bildirən Nahidə, “Qəza Bakıda oldu, maşın vurdu və qaçdı. Hələ də hadisənin şokundayam. Bilet aldım, bir neçə saat sonra bu ölkədən gedirəm. Ümidim bir də qayıtmamaqdır”, deyə açıqlama verib.