Müğənni iki gün Gəncədə konsert verəcək

26 Aprel 2022 11:01 (UTC+04:00)

Xalq artisti Röya Ayxan Gəncədə iki gün ard-arda konsert verəcək. SİA xəbər verir ki, bu barədə estrada ulduzunun mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, müğənni 21-22 may tarixində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında səhnəyə çıxacaq.