Monteneqro Türkiyədən 100 min doza peyvənd alacaq

26 Aprel 2022 03:39 (UTC+04:00)

Monteneqro Türkiyədən COVID-19 əleyhinə peyvənd alacaq.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, vaksinlər Türkiyə ilə Monteneqronun səhiyyə sahəsində imzaladığı müqavilələrə uyğun təmin ediləcək.

Bildirilib ki, beynəlxalq müqavilələr çərçivəsində Türkiyə Monteneqroya 100 min doza koronavirus əleyhinə peyvənd göndərəcək.