Dəriyə qulluq edərkən arzuolunmaz nəticələrin qarşısını almaq üçün bəzi vərdişlərdən imtina etməlisiniz. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, doğru olduğunu bildiyiniz bir çox üsul, siz fərqində olmadan dərinizə böyük zərər verə bilər.
1. GÜNƏŞ KREMİNDƏN YALNIZ YAYDA İSTİFADƏ ETMƏK
Günəş şüaları dərinin təbii quruluşunu pozur. Zamanla ləkələrin və qırışların yaranmasına səbəb olur. Günəş şüaları təkcə yayda deyil, ilin hər günü dərimizə toxunur. Bu səbəblə dərinizə yalnız yayda deyil, qışda da günəşdən qoruyucu istifadə etməlisiniz.
2. GECƏ GÜNDÜZ KREMİNDƏN YANLIŞ İSTİFADƏ
Hamar və parlaq dəriyə sahib olmağın yolu mütəmadi olaraq nəmləndirici tətbiq etməkdir. Dərimizin səhər və axşam ehtiyac duyduğu qulluq bir-birindən fərqlidir. Gecələr gün ərzində dərinizi makiyaj materiallarına və hava çirkliliyinə qarşı qoruyacaq qulluq vasitələrindən istifadə etməlisiniz.
3. BAXIMDAN SONRA ÇÖLƏ ÇIXMAQ
Gündəlik dəriyə qulluq edirsinizsə, əvvəlcə dərinizi təmizləyin, sonra gözəl bir maska hazırlayın. Nəhayət, nəmləndiricinizi tətbiq edin və dəriniz dincəlsin. Etdiyiniz bu qulluq prosesləri məsamələrinizin açılmasına imkan verir. Bu səbəbdən də bu mərhələlərdən sonra dəriniz daha həssas olur. Dəriyə qulluq etdikdən sonra çölə çıxmaq mikrobların dərinizə daha asan təsir etməsinə və məsamələrinizin tıxanmasına səbəb olur.
4. KEYFİYYƏTSİZ MAKYAJ LƏVAZİMATLARINDAN İSTİFADƏ ETMƏK
Makiyaj ləvazimatlarını seçərkən keyfiyyətinə diqqət yetirməlisiniz. Makiyaj ləvazimatlarını seçərkən ən keyfiyyətli olanları almalısınız. Bu şəkildə dərinizə zərər verməmiş olursunuz.
5. DƏRİNİ YAXŞI TƏMİZLƏYİN
Dəriniz ətraf mühitin çirklənməsindən çox təsirlənir. Bu səbəbdən də dərinizi gündəlik olaraq kirdən təmizləməlisiniz. Dərinizi təmizləyərkən dəri tipinizə uyğun gel və ya köpük təmizləyicisindən istifadə etməlisiniz. Bundan əlavə, dərinizə həmişə yumşaq və diqqətli olmalısınız. Dərinizi möhkəm sürtmək qızartı və qıcıqlanmaya səbəb olur. Dərinizi mümkün qədər yumşaq hərəkətlərlə təmizləməlisiniz.
Nəzrin Əyyublu