Təhsil yoxsa onu çökdürən rüşvət? - ARAŞDIRMA

25 Aprel 2022 20:48 (UTC+04:00)

Dünyanın ən vacib peşələrindən biri olan müəllimlik müxtəlif mərhələlərdən keçərək günümüzə gəlib çatıb. Hər bir sivilizasiya bu peşəyə mühüm töhfələr vermiş, onun inkişafına və tərəqqisinə şərait yaratmışdır. Məsələn, “qədim sivilizasiyalarda müəllimlik” deyəndə ağlımıza ilk çağlarda həyatda qalmaq üçün müxtəlif alətlər hazırlayan və onlardan istifadə qaydalarını bir-birinə öyrədən insanlar gəlir. Digər tərəfdən, valideynlər uşağa ilk məlumatı öyrətdikləri üçün onların ilk müəllimləridir.

Şumerlərdə və Qədim Misirdə təhsilə və müəllimlik peşəsinə böyük əhəmiyyət verilirdi. Buddist Çin və Hindularda da müəllimin xüsusi yeri var idi. Məsələn, Konfutsi Çin tarixində ən fədakar müəllim kimi tanınır. Konfutsinin fikrincə, əgər insan daim yeni biliklər əldə etməklə köhnə biliklərini təkmilləşdirməyə çalışırsa, o insan başqalarının müəlliminə çevrilə bilər. Bu dövrdə Platon “Müəllimlik Tanrının peşəsidir” deyir.

Müəllimlik bir elmi peşəyə çevirmiş insanlara verilən addır. Müəllimlər təhsil müəssisələrində çalışan, şagirdlərə dərs deyən insanlardır.

Müəllim sənət növünü tələbələrə texniki yolla izah etməyi peşəyə çevirmiş şəxsdir. Onlar bilik öyrətmək üçün çalışan və daima özlərini təkmilləşdirməyə ehtiyacı olan fərdlərdir.

Romanın yüksəlişi dövründə əksər imperatorlar müəllimlərə xüsusi hörmət bəsləyirdilər. Orta əsr xristian dünyasında ruhanilər Müəllim rolunu öz üzərinə götürdülər. Səlcuqlularda və Osmanlılarda müəllimlərə böyük əhəmiyyət verilirdi. Yəni İslamda tədrisin böyük əhəmiyyəti var idi.

Qərbdə ilk müəllim məktəblərinin 1800-cü illərdə yaranıb. Türkiyədə ilk müəllim məktəbi 1848-ci il martın 16-da Darülmuallimin adı ilə açılıb.

Müəllim ilk növbədə özünü dəyərli görməlidir. O, müəllimliyə yaşadığı cəmiyyət və bəşəriyyət üçün müqəddəs bir iş kimi baxmalıdır. Müəllimliyə sadəcə bir peşə kimi baxmaq olmaz. Müəllimlik həyat tərzidir. Çünki bu peşə çoxşaxəlilik tələb edən peşədir.

Müəllim öz bədii tərəfi ilə şagirdinin şəxsiyyətini istiqamətləndirə bilər. Müəllim öz biliyi, təcrübəsi ilə yaxşını, həqiqəti, gözəli uşaqlara, gənclərə göstərməyə çalışmalıdır. Bir sözlə, biz müəllimi sivilizasiyanın banisi, mədəniyyət daşıyıcısı, planlayıcısı, tədqiqatçısı kimiadlandıra bilərik.

Müəllimlər üçün, hər yeni gün tələbələrlə yeni bir yolun başlanğıcıdır. Hər yeni günə yeni ümidlərlə başlayırıq. Müəllim məxfi bir qəhrəmandır.

Müəllimlik sevgi peşəsidir. Maddi qazancı az, mənəvi gəliri çox olan bir peşədir. Müəllimlərin ən böyük mükafatı gələcək illərdə də onların yolunu uğurla işıqlandıracaq tələbələrdir.

Müəllimlər atdığı hər addımda, aldığı hər nəfəsdə müəllim olduğunu unutmadan hərəkət etməlidir. Lakin təəssüflər olsun ki, günümüzdə kifayət qədər bu şərəfli ada ləkə gətirən “müəllim”lər də var. Kifayət qədər müəllim şagirdi və ya tələbəni gəlir mənbəyi olaraq görür, rüşvət alır. Bəs bu halların qarşısı necə alınmalıdır? Hansı mübarizə yolları var? Məsələnin hüquqi yanları nələrdir? Nümunəvi müəllim necə olmalıdır? SİA mövzu ilə bağlı araşdırma apararaq hüquqşünas və ekspertlərin fikirlərini öyrənib.

Təhsil eksperti Elçin Əfəndi: “Təəssüflər olsun ki, məktəblərdə rüşvət məsələsi həmişə var və yenə də davam edir. Vəziyyət demək olar ki, biabırçı durumdadır. Yəni, məktəb rəhbərliyi və ya müxtəlif şəxslər tərəfindən konkret rüşvət tələb olunur, ödəniş yığılır və əvvəllər bu daha çox yayılmırdı. Çünki informasiya texnologiyaları bu qədər inkişaf etməmişdi. İndi isə “WhatsAap” qruplarda direktor birbaşa artıq bildirir ki, bu qədər ödəniş ödəməlisən, rüşvət verməlisən.

Azərbaycanda kimsə bunu danmır ki, korrupsiya faktı yoxdur. Var və buna qarşı mübarizə də aparılır. Amma təəssüflər olsun ki, nazirliklər səviyyəsində aparılan ümumi işlər bəzi şəxslər üçün təsir etmirmiş kimi yenə də öz işlərini görürlər.

Məktəblərdə rüşvətin yığılması, üstəlik də şagirdlərdən bu ödənişin yığılması yolverilməzdir, müəllimlərdən ümumiyyətlə alınması yolverilməzdir. Yəni, dövlət tərəfindən onsuz da təhsil müəssisələri maliyyələşdirilir, dövlət tərəfindən müvafiq ödənişlər ayrılır. Bir də bunun üzərindən direktorun hər hansı bir rüşvət alması dəhşətdir. Həmin direktoru ümumiyyətlə vəzifədən çıxarmaq lazımdır. Əli pula öyrəşən istənilən direktoru işindən çıxarmaq lazımdır. Bu hallara qarşı yeganə ən doğru mübarizə yolu budur”.

JEM sədri Ceyhun Musaoğlu: “Son dövrlər məktəblərdə rüşvət məsələsi kimi hadisələr tez-tez baş verir. Bunların içərisində həm müəllimlər, həm də məktəb direktorlarının valideynlərdən pul tələb etməsi çox geniş yayılıb. Bu həmişə olacaq. Bu nə rüşvət, nə də korrupsiya sayılır. Əslində bunlar ürəkbulandırıcı hadisələrdir. Lakin nə hüquqi, nə də mənəvi o qədər də mənfi təsiri yoxdur.

Belə hadisələrə bundan sonra ona görə rast gəlinəcək ki, valideynlər məktəbə ayaq açıblar. Mən bunu qəbul edə bilmirəm. Sovet dövründə valideynlə məktəb arasında böyük məsafə var idi. Valideyn məktəbin heç həyətinə gələ bilməzdi. Uşağın valideyni də, tərbiyəçisi də, elm verəni də müəllim idi. İndi valideyn komitəsi filan var. Valideyn gəlir məktəbin içərisinə və hətta dərsdə oturur. Valideynlərin “WhatsApp” qrupları var. Bütün bunlar xaotik bir mənzərə yaradır.

Məktəb çərçivədə olmalıdır. Bütün bunların kökündə məktəblə valideynin yaxınlaşması dayanır. Valideynlə müəllimlərin yaxınlığını təşviq edirlər. Problemin də kökündə ziddiyyət yaranır. Düşünürəm ki, problemin həlli üçün ziddiyyət aradan qaldırılmalıdır”.

Ayşən Vəli