Bu insanlar sualının cavabını şiddət və cinayətdə görür - PSİXOLOQ DANIŞDI

25 Aprel 2022 17:55 (UTC+04:00)

“Ümumiyyətlə, hər kəsə məlum olduğu kimi, son zamanlar cinayət hadisələrinin artmasına, insanların aqressivləşməsinə səbəb alacaqları cəzaların yaşam tərzindən daha rahat olmasını dərk etməlidir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.

Onun sözlərinə görə, onlar azad həyatda yaşayarkən öz azadlıqlarını dərk edə bilmədikləri üçün dustaq kimi özlərini daha normal hiss edirlər: “Bu təbii ki, mənim şəxsi fikrimdir. İlk öncə onu qeyd etmək istəyirəm ki, şəxsiyyət və davranış pozuntusu insan psixikasında hər zaman mövcud olub. Bu gün bunun bu qədər geniş vüsət almasına səbəb isə törədilmiş cinayətlərin dəyərləndirilməsi düzgün olmur. İnsan bəlkə də həyatından o qədər razı deyil ki, dustaq olsa, bəlkə də orada daha rahat yaşayacaq. Özünə tab gətirə, hakim ola bilmir deyə alternativ variant düşünmür. Qeyri-müəyyənlik içində yaşayan insan sualının cavabını yalnız şiddət və cinayət hadisəsində görür. Təbii ki, psixi pozuntular da geniş vüsət alıb. İnsanlar problemləri sağlam şəkildə deyil, özlərinə qarşı tərəfdən yüksək tutmaq üçün şiddət yolundan istifadə edirlər. Bu da insanın özünün təsdiqi ilə bağlıdır. Təəssüf ki, insanların çoxu xəstəlik adını özlərinə yaraşdırmadıqları üçün həkimə, psixoloqa da müraciət etmirlər. Bunun nəticəsində də problem olduqca böyüyür. Bu zaman isə artıq o insanlar bir çox məsələlərin həllini şiddətdə görürlər”.