“Təkcə Suqovuşan yox, ümumilikdə Qarabağ turizim potensialının tərkib hissəsidir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, Qarabağın turizm potensialının yüksək olması həm daxili turizmi, həm də xarici turizmi inkişaf edirəcək: “Daxili turizm baxımından ölkədə yaşayan həmvətənlərimiz turistik tələbatlarını ödəməklə əlavə ərazi əldə etmiş olacaqlar. Xarici turizm baxımından isə birbaşa olaraq xarici turistlərin ölkəmizə gəlişini təmin edəcək. Bununla da Azərbaycanın turizm imkanları artacaq. Türizm inkişafı ölkədə valyuta axınına səbəb olacaq. Daxili turizm isə valyuta axınının qarşısını alacaq. Yəni artıq vətəndaşlarımız xaricə getmədən ölkəmizdə lazımınca turizm tələbatını ödəyəcək. Bu da pul israfının qarşısını almağa kömək olacaqlar. Turizm iqtisadiyyat sahəsi kimi ciddi potensiyala malikdir və belə desək bir çox sahələrin inkişafına müsbət təsir göstərir”.