Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edəcək

25 Aprel 2022 12:00 (UTC+04:00)

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı aprelin 28-də Hacıqabul, Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl rayonu və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən SİA-ya məlumat verilib. Qəbul Hacıqabul rayon Heydər Əliyev Mərkəzində (İsmət Qayıbov küçəsi, 7) saat 11:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: Sənan Xəlilov

Əlaqə vasitələri:

(070) 220-00-20
(021) 215 21 30
[email protected]
[email protected]