Məşhur cütlük boşanır

25 Aprel 2022 10:51 (UTC+04:00)

İki övlad sahibi olan məşhur bloger cütlük Asya və Fuad İsmayılovlar ayrılıq qərarı alıb. SİA xəbər verir ki, Asya "İnstaqram" hesabından bu barədə məlumat paylaşıb.

Anlaşmalı şəkildə boşandıqlarını bildirən bloger, “Həyat yoldaşım Fuad İsmayılovla anlaşmalı şəkildə ayrılmağa qərar verdik. Aramızdakı hörmət hər zamankı kimi qalacaq. Çünki övladlarımız var. Bəlkə nə zamansa bu haqda danışaram, amma hələlik bu qədər” deyə qısaca açıqlama verib.