Sudanda baş verən qarşıdurmalarda 160 nəfər ölüb

25 Aprel 2022 07:58 (UTC+04:00)

Sudanın Darfur regionunda baş verən qarşıdurmalarda azı 160 nəfər ölüb.

SİA APA-ya istinadən xəbər verir ki, bunu Darfur Qaçqınlarının Baş Koordinatorluğu məlumat verib.

Bildirilib ki, qarşıdurma bir qəbilənin digərinə qisas məqsədi ilə hücumundan sonra başlayıb. Tayfalar toqquşma zamanı evləri yandırıb, mal-qaranı aparıblar. Həkimlər ölənlərin sayının artacağından narahatdırlar. Xəstəxanalardakı 50-dək yaralının vəziyyəti ağırdır.