Sloveniyada parlament seçkiləri keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “exit-poll“un nəticələrinə görə, müxalifət ittifaqı Azadlıq Hərəkatı seçkilərdə Baş nazir Yanez Yanşanın təmsil etdiyi Sloveniya Demokratik Partiyası (SDS) üzərində qələbə qazanıb. RTV telekanalının elan etdiyi ilkin nəticələr keçmiş menecer Robert Qolobun qurduğu Azadlıq Hərəkatının seçicilərin 36 faizinin rəğbətini qazandığını elan edib. SDS isə 23 faiz səslə kifayətlənib və Y.Yanşa dördüncü dəfə hökumətə rəhbərlik etmək şansından məhrum olub.
Seçkilərdən öncə hər iki siyasi qüvvə arasında gərgin mübarizə gözlənsə də, seçicilərin ölkənin siyasi gələcəyi ilə bağlı verdiyi qərar olduqca aydın olub. Azadlıq Hərəkatı ilkin nəticələr əsasında parlamentdəki 90 yerdən 42-sinə iddia edə bilər və koalisiya danışıqlarında əlverişli mövqedədir.