Türkiyədə yeni tip korona virusundan (Covid-19) aprelin 24-də 15 nəfər dünyasını dəyişib.
Bir gündə 127 min 253 test edilib. Gündəlik yoluxma sayı 2.277-dir.
SİA Türkiyə mediasına istinadən xəbər verir ki, son 24 saatda sağalanların sayı 15.947-dir.
Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 147 milyon 426 min 248-ə yüksəlib.