Nigeriyanın Rivers əyalətində neft emalı zavodunda partlayış baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, qanunsuz pafineriyada baş verən partlayışda ən azı 100 nəfər həyatını itirib. Rivers Dövlət Neft Ehtiyatları Müvəkkili Qudlak Opiah partlayışdan sonra verdiyi açıqlamada partlayışı təsdiqləyərək, "Partlayışdan sonra baş verən yanğında ən azı 100 adam yanaraq ölüb" deyə bildirib.
Hökumətin səylərinə baxmayaraq, Nigeriyanın Afrikada neft və qazla zəngin çoxlu sayda qeyri-qanuni neft emalı zavodları var.
Oktyabr ayında Rivers ştatında başqa bir qeyri-qanuni neft emalı zavodunda baş verən partlayışda 25 nəfər, o cümlədən uşaqlar həlak olmuşdu.