DGK ilin əvvəlindən 53 cinayət faktı aşkarlayıb

24 Aprel 2022 09:10 (UTC+04:00)

Birinci rübdə Dövlət Gömrük Komitəsi tərəfindən cinayət xarakterli 53 fakt aşkarlanıb. SİA xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi (DGK) açıqlayıb.

Komitədən bildirilib ki, bunlardan 20-si narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 25-i isə qaçaqmalçılıq və digər cinayət xarakterli faktlardır. Bu əməlləri törədən şəxslərin sayı 58 nəfər olub.