10 Aİ ölkəsi embarqodan yan keçərək Rusiyaya silah satıb

24 Aprel 2022 07:18 (UTC+04:00)

Almaniya və Fransa 273 milyon avro məbləğində Rusiyaya silah embarqosundan yan keçib.

SİA-nın əldə etdiyi məlumata görə, 2014-cü ildə Rusiyaya qarşı hərbi embarqoya baxmayaraq, Almaniya və Fransa Rusiyanı aviasiya bombaları və raketlərlə təmin edib.

“Fransa və Almaniya Rusiyaya Ukraynada istifadə oluna biləcək 273 milyon avro dəyərində hərbi texnika tədarük edib. Avropa İttifaqının 2014-cü ildə Krımın işğal edilməsindən sonra Rusiyaya tətbiq etdiyi silah embarqosuna baxmayaraq, onlar Moskvaya bombalar, mərmilər, raketlər və toplar da daxil olmaqla avadanlıq göndəriblər”, – qəzet yazır.