Dietoloq ağcaqayın şirəsi içməməyə çağırıb...

24 Aprel 2022 07:01 (UTC+04:00)

Moskva Səhiyyə İdarəsinin baş dietoloqu Antonina Starodubova bildirib ki, bəzi hallarda ağcaqayın şirəsi əsasında hazırlanan kosmetika və içkilər tamamilə istisna edilməlidir.

SİA bu barədə “RİA Novosti”yə istinad edir.

Beləliklə, Starodubova ruslara xəbərdarlıq edib ki, əgər kimdəsə bu ağacın tozcuqlarına qarşı allergiyası varsa, o ağcaqayın şirəsi içməsin. Bundan əlavə, dietoloq, bunu zədələnmiş dəriyə tətbiq etməməyə də çağırıb.

“Tərkibində saponinlər və taninlər olduğuna görə ağcaqayın şirəsi əvvəllər xalq təbabətində gigiyena vasitəsi kimi, məsələn, saçınızı yumaq üçün istifadə olunurdu. Ancaq xatırlamaq lazımdır ki, ağcaqayın şirəsi və ona əsaslanan hər hansı içki və ya kosmetika ağcaqayın poleninə allergik reaksiyalar olduqda tamamilə xaric edilir.

Dietoloqun fikrincə, ağcaqayın şirəsi zədələnmiş dərini aşınma və kəsiklərlə müalicə etmək üçün də istifadə edilə bilməz. O vurğulayıb ki, maye yaranın infeksiyasına səbəb ola bilər.

Nazlı Babayeva