Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev istefa verib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Sadır Japarovun Fərmanı ilə Jeenbek Kulubayev nazirin vəzifələrini icra edəcək.
Bundan əvvəl Jeenbek Kulubayev Qırğızıstan Prezident Administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri olub.