BMT Әfqanıstanda törәdilәn hücumu qınadı

23 Aprel 2022 21:29 (UTC+04:00)

Birlәşmiş Millәtlәr Tәşkilatı Әfqanıstanda törәdilәn hücumu qınayıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Birlәşmiş Millәtlәr Tәşkilatından verilәn bәyanatda Baş katib Antonio Quterreşin Kunduz vilayәtinin İmam Sahip qәsәbәsindәki mәsciddә törәdilәn hücumu qınadığı bildirilib.

Bәyanatda hәyatını itirәnlәrә rәhmәt, xәsarәt alanlara şәfa dilәnib. Bәyanatda hәmçinin mülki vәtәndaşlara qarşı hücumların beynәlxalq humanitar hüquq normalarına zidd olduğu qeyd olunub.