Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

23 Aprel 2022 21:20 (UTC+04:00)

Türkiyədə yeni növ koronavirusdan (Covid-19) aprelin 23-də 16 nəfər dünyasını dəyişib.

Bir gündə 137 min 853 test edilib. Gündəlik yoluxma sayı 2.654-dür.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, son 24 saatda sağalanların sayı 17.524-dür.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 147 milyon 423 min 229-ə yüksəlib.