Aktrisa övladını dayəyə həvalə etməyəcəyini bildirdi

23 Aprel 2022 16:06 (UTC+04:00)

2019-cu ildə Kuntay Tarık Evrenlə ailə quran məşhur türk aktrisa Fulya Zenginer körpəsini qucağına almaq üçün günləri sayır. SİA xarici mətbuata istinadən xəbər verir ki, çox yaxında ana olacaq Zenginer açıqlama verib.

Aktrisa körpəsinə özü baxacağını bildirib. O, övladını dayəyə həvalə etməyəcəyini bildirib.

Bir müddət əvvəl oğlunun adını Mikan qoyacaqlarını açıqlayan gözəl aktrisa bu adı seçməsinin səbəbini açıqlayıb. Fulya Zenginer oğluna qoyacağı Milan adı ilə bağlı “Həyat yoldaşım Milanda evlilik təklifi etdi. Bu, məni ruhlandırdı” dedi.

Ayşən Vəli