Azad Azərbaycan televiziyası ilə bağlı tənqidi status paylaşan aparıcı-prodüser Tarix Əliyev müğənnilərin gündüz efirində ağlamasını qınayıb. SİA xəbər verir ki, Tolik “Səhər-səhər ATV-yə baxanda bəzi müğənnilərə yazığım gəlir. Nə məcburdur ki, sizi ağlatsınlar? Qürurunuz yoxdurmu? Deyə bilmirsiz ki, ay aparıcı, bir gün sən də ağla da! Ağlaya bilirsənsə... Qəlbinə sünilik elə girib, adamın ürəyi bulanır”, - deyə bildirib.
Xatırladaq ki, hər gün sözügedən kanalda səhər saatlarında aparıcı Nanə Ağamalıyevanın proqramı yayımlanır.