Gözaltı qaralıqdan xilas olun - DİQQƏT

23 Aprel 2022 13:27 (UTC+04:00)

Göz ətrafındakı qaranlıq görünüş həm estetik, həm də üzə yorğun və xəstə bir ifadə əlavə etmək baxımından çoxumuzun sevmədiyi bir vəziyyətdir. SİA xarici mətbuata istinadən xəbər verir ki, qadın və ya kişi olmasından asılı olmayaraq cəmiyyətdə tez-tez rast gəlinən göz ətrafındakı həssas nahiyənin qaralması nəticəsində yaranan görüntünü göz altı qaraltıları kimi ifadə edirik.

Göz altındakı dairələri makiyaj hiylələri ilə gizlətməkdənsə, ilk növbədə sağlamlıq baxımından problemin səbəbinin olub-olmadığı araşdırılmalıdır. Yuxu rejimi və qidalanma vərdişləri bəzi vitamin və mineral çatışmazlıqları, göz ətrafındakı rəng və toxuma dəyişiklikləri ilə bizə siqnallar verə bilər, ilk olaraq vəziyyəti bu baxımdan qiymətləndirmək vacibdir.

Göz altındakı qaraltılar bədənin daxili əksi olsa da, dəri baryerinə xaricdən tətbiq edilən bəzi rutinlər nahiyədəki qan dövranını tənzimləyərək qaralmanı əhəmiyyətli dərəcədə azaldır.

Göz ətrafına tətbiq edə biləcəyimiz bu üç mərhələli prosedurla qaralmalar və dairələrdən xilas olmaq mümkündür;

Bu 3 addımla qara dairələrdən xilas olun

1. Təbii yağlarla masaj edin
Badam yağı, gənəgərçək yağı və hindistan cevizi yağı qaranlıq dairələrdə möcüzə kimi işləyən dərini işıqlandıran xüsusiyyətlərə malikdir. Bu yağlardan hər hansı birini az miqdarda götürün və barmaqlarınızla dairəvi hərəkətlərlə masaj edin. Bu, qan axını tənzimləməyə və göz ətrafını parlaqlaşdırmağa kömək edir.

2. Təravətləndirici göz maskası hazırlayın
Bir xiyar və yarım kartofu sürtgəcdən keçirin və suyunu sıxın. Bir az aloe vera geli qarışdırın və gözlərinizə çəkin. Kartof və xiyar şirələri qaranlıq dairələri açmaqda və gözləri sakitləşdirməkdə əla iş görür, aloe vera isə nəmləndirir və göz ağrılarını aradan qaldırır. Bu maskanı gündə iki dəfə 15 dəqiqə çəkin. Soyuq çay paketlərini 10 dəqiqə gözünüzə qoymaq da möcüzələr yaradır.

3.Gözlərinizi göz kremi ilə qulluq eləyin
Yatağa getdiyiniz zaman göz makiyajınızın hər bir hissəsini silməyi unutmayın və göz ətrafınızı əvvəlcə üz salfeti, sonra təmizləyici ilə təmizləyin. Sonra yüngül barmaq ucu vuruşları ilə göz ətrafına istədiyiniz göz kremi çəkin. Şişkinliyi və qaranlıq dairələri azaltmağa kömək edən optik işıq diffuzorları ilə hazırlanmış kremləri seçmək sizin marağındadır.

Bütün bu addımlara əlavə olaraq, müntəzəm yuxu və sağlam qidalanma qaydalarını həyatınıza inteqrasiya etməyi unutmayın.

Süsən Heydərova