Bakıda yaşlı kişini avtomobil vurub

23 Aprel 2022 06:32 (UTC+04:00)

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

SİA APA-ya istinadən xəbər verir ki, qəza Balaxanı qəsəbəsində qeydə alınıb.

Ticarət mərkəzindən çıxan 1969-cu il təvəllüdlü Əhmədov Araz Rüstəm oğlu yolun əks tərəfinə keçmək istəyərkən onu minik avtomobili vurub. Yaralı müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.