Şəhriyar “Oslo Esports Cup” turnirinə qələbə ilə başlayıb

23 Aprel 2022 02:42 (UTC+04:00)

Çempionlar Turunun “Oslo Esports Cup” mərhələsinin yarışları start götürüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, nüfuzlu turnirdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ilk görüşünü vyetnamlı Le Quanq Liyemə qarşı keçirib. Birinci tur çərçivəsində baş tutan qarşılaşma şahmatçımızın 2,5:1,5 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, hər turda iştirakçılar rapid üzrə (15 dəqiqə + 10 saniyə) 4 partiyadan ibarət matçda mübarizə aparacaqlar. Turnir aprelin 28-dək davam edəcək.