Afrika qitəsində 1 milyon uşaq malyariyaya qarşı peyvənd olunub.
SİA-nın əldə etdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi yazılı açıqlamada Afrika qitəsində malyariya ilə mübarizənin davam etdiyi bildirilib.
Açıqlamada bu günə qədər Keniya, Malavi və Qanada 1 milyondan çox uşağın malyariyaya qarşı peyvənd edildiyi bildirilib.
Digər tərəfdən, bəzi Afrika ölkələrində malyariya peyvəndinin ilk dəfə 2 yaşdan kiçik uşaqlara vurulacağı bildirilib.
Dünyanın bir çox yerində hər il yüz minlərlə insanın ölümünə səbəb olan malyariyaya qarşı hazırlanmış peyvənd ilk dəfə 2019-cu ilin aprelində Malavidə təqdim edilib.
Ən ölümcül xəstəliklərdən biri olan və hər 2 dəqiqədən bir uşaq ölümünə səbəb olan malyariya daha çox Afrikada müşahidə edilir.
Qitədə hər il orta hesabla 500 min insan malyariya səbəbiylə ölür və, onların ölənlərin yarısı uşaqlardır.
Parazit daşıyan ağcaqanadların dişləməsi ilə yoluxan və orta hesabla 7 günlük inkubasiya dövründən sonra yaranan malyariya qızdırma, üşümə, tərləmə, baş ağrısı, ürəkbulanma, qusma, miyalji, halsızlıq kimi qripə bənzər əlamətlərlə özünü göstərir.