Qalibiyyətli zərbə “Əsrin qolu” kimi tarixdə yerini aldı

22 Aprel 2022 20:20 (UTC+04:00)

Londonda yerləşən Sothebys hərraca çıxarılan formanın qiyməti 24 saat ərzində 5 milyon dollara çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Maradona İngiltərə ilə 1/4 final matçında iki qol vuraraq komandasını növbəti mərhələyə çıxarıb və qolların ilkini əli ilə vurub.

Bu qol “Tanrının əli” kimi qeyd edilsə də, qalibiyyətli zərbə “Əsrin qolu” kimi tarixdə yerini aldı. 2002-ci ildən Mançesterdəki Milli Futbol Muzeyində nümayiş etdirilən forma ilə bağlı mübahisələr də son illərdə tez-tez artıb.

Maradonanın qızı Dalma, hərraca çıxarılacaq bu formanın gerçək olmadığını deyərək, “Stiv Hodc atamın ikinci yarıda geyindiyi formanın onda olduğunu düşünür, amma yanılır. Hodgedeki forma atamın ilk yarıda geyindiyi formadır. Satılacaq forma atamın qol vurduğu zaman geyindiyi forma deyil”. ifadələrindən istifadə etmişdir.

Hodge və muzey rəsmiləri formanın orijinal olduğunu iddia edirlər.

Nəzrin Əyyublu